Təxminən iki il əvvəl Türkiyənin "Show TV" telekanalında yayımlanan Didem Arslan Yılmazın aparıcısı olduğu proqramda müğənni Doğuşun şəxsi həyatına qarşı böhtan və təhqiramiz hücumların yer alması səbəbilə açılan mənəvi təzminat iddiası məhkəmə tərəfindən təmin edilib.
Bu haqda Doğuşun vəkili Feyza Altun məlumat verib.
Onun sözlərinə görə, məhkəmədə Doğuş qalib gəlib.
Vəkilin dediyinə görə, məhkəmə qərarı əsasında ayrılan mənəvi təzminat məbləği Doğuş tərəfindən "Xərçəngsiz Həyat Dərnəyi"nə bağışlanacaq.
Altun qeyd edib ki, bu addım həm ədalətin bərpası, həm də xərçənglə mübarizə sahəsində fəaliyyət göstərən ictimai təşəbbüslərə dəstək məqsədi daşıyır.
Qeyd edək ki, Didem Arslan Yılmaz verilişində Doğuş ilə Xoşqədəm Hidayətqızının boşandığını demişdi. Bundan sonra isə o Xoşqədəm Hidayətqızıdan da üzr istəyib və cütlüyün boşanma xəbərlərinin yalan olduğunu açıqlamışdı.
