Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 15-də ümumi çəkisi 74,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 21 kiloqrama yaxın heroin və 53,5 kiloqramdan çox marixuana, həmçinin 152 ədəd güclü təsiredici xassəyə malik həb olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
"Cebheinfo.az"