AZ

Sumqayıt Antalyada son oyuna çıxır

Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Sumqayıt" Antalyada son oyuna çıxır

"Sumqayıt" Antalya toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxacaq.

QOL.az xəbər verir ki, Saşa İliçin komandası Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

"Osiyek" hazırda Xorvatiya çempionatında 18 turdan sonra 14 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb. Komanda bu gün "Qarabağ"la da yoxlama oyunu keçirəcək.

Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama matçında Macarıstan “Pakş”ına 1:5, 2-ci sınaq oyununda Serbiyanın “OFK Belqrad” klubuna 1:4 hesabı ilə uduzub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
7
qol.az

10Mənbələr