AZ

Avanvi Sinqh: Azlıqlar təkcə Hindistanda deyil, dünyanın müxtəlif yerlərində mövcuddur

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Hazırkı dövrdə ən böyük ehtiyac beynəlxalq ictimaiyyətin azlıqlara çevrilmiş icmaların yanında dayanmasıdır".

Oxu.Az xəbər verir ki, bu fikirləri Böyük Britaniyada fəaliyyət göstərən xeyriyyə təşkilatının nümayəndəsi Avanvi Sinqh Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə paytaxtımızda keçirilən "Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu azlıqlar təkcə Hindistanda deyil, dünyanın müxtəlif yerlərində mövcuddur:

"Ona görə də beynəlxalq ictimaiyyətin üzərinə böyük məsuliyyət və vəzifə düşür. Yerimizdən asılı olmayaraq, istər media, istərsə də başqa platformalarda səsimizi hamıya çatdırmalıyıq".

Nümayəndə vurğulayıb ki, BTQ-nin təşkilatçılığı ilə keçirilən konfrans çox müsbət qarşılanır və zəruridir:

"Bu bizə açıq dialoq üçün bir məkan yaradır. Düşünürəm ki, siz Bakıda ilk dəfədir bizim tariximiz, keçmişimiz və mübarizələrimizlə bu şəkildə tanış olursunuz. Ona görə də bu cür tədbirlərin dünyanın digər şəhərlərində də keçirilməsi vacibdir".

Məlik Məlikov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
1
oxu.az

2Mənbələr