ain.az, Oxu.az portalına istinadən məlumat verir.
"Qazaxıstan 2025-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 1.3 milyon ton neft tədarük edib".
Oxu.Az xəbər verir ki, bu barədə "KazMunayGas" neft-qaz şirkətinin Mətbuat Xidməti məlumat yayıb.
"Aktau limanından Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə Qazaxıstan neftinin tədarükü ümumilikdə 1.3 milyon ton təşkil edib. 2026-cı il üçün gözlənilən həcm 1.6 milyon tona qədərdir", - deyə xəbərdə bildirilib.
Qazaxıstan Energetika Nazirliyinin məlumatına görə, 2024-cü ildə isə Bakı-Tbilisi-Ceyhan marşrutu ilə təxminən 1.4 milyon ton Qazaxıstan nefti nəql edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.