AZ

Azərbaycan Nəşriyyatı istismarını dayandırır - Rəsmi

Azərbaycan Nəşriyyatı MMC-nin təmirə bağlanmasının səbəbi açıqlanıb.

Aktual.az xəbər verir ki, MMC-dən Report-a açıqlamada Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu binasının 9 mərtəbəli korpusunda vizual texniki baxış keçirildiyi bildirilib.

Baxış nəticəsində nəşriyyatın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkarlanıb.

Bundan əlavə, binadakı liftlərin texniki vəziyyəti qənaətbəxş deyil.

Bildirilib ki, mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir:

"Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə icrasını praktiki olaraq mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq fevralın 1-dən binanın istismarının dayandırılması haqda qərar verilib".

Qeyd edək ki, artıq binada köçürülmə prosesi başlayıb.

Seçilən
110
44
ulusum.az

10Mənbələr