Rusiyada polis maşınlarını və ticarət mərkəzlərini yandıran cinayətkarları saxlayıblar.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskva və Çuvaşiyada xüsusi əməliyyat keçiriblər.
Əməliyyat nəticəsində Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə hərəkət edən cinayətkar qrup saxlanılıb.
Məlumata görə, saxlanılan şəxslər polisə məxsus xidməti avtomobilləri və ticarət mərkəzlərini qəsdən yandırmaqda ittiham olunurlar.
Xuraman Etibarlı
İnterpress.az