AZ

Qurban Qurbanovun komandası Antalyada “Osiyek”ə qarşı - CANLI YAYIM

Antalyada təlim-məşqt toplanışında olan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun komandası əvvəlcə Xorvatiya təmsilçisi "Osiyek"lə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

"Osiyek" hazırda Xorvatiya çempionatında 18 turdan sonra 14 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Ağdam təmsilçisi bu günPolşanın "Zaqlebye" klubu ilə də üz-üzə gələcək. Bu görüş isə 19:00-da start götürəcək.

"Zaqlebye" hazırda Polşa çempionatında 18 turdan sonra 28 xalla 5-ci pillədədir.

"Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni 5:0 hesabı ilə məğlub etmişdi.

Seçilən
14
3
sportinfo.az

10Mənbələr