Tailandda səs-küy narkotacirləri ələ verib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Tailandda turizm polisi səs-küydən edilən şikayət əsasında özəl villada reyd keçirib. Əməliyyat nəticəsində israilli narkotacirlər həbs ediliblər.
Polisdən verilən məlumata görə, hadisə yerində kokain, ketamin, MDMA, həmçinin elektron siqaret (veyp) cihazları aşkar edilib.
Dindirilmə zamanı saxlanılanlar narkotik vasitələri “WhatsApp” vasitəsilə 48 yaşlı Regev Rəhmanidən aldıqlarını etiraf ediblər.
Bu ifadədən sonra polis Rəhmaninin evində axtarış aparıb. Oradan əlavə narkotik maddələr və nağd pul müsadirə olunub.
Xuraman Etibarlı
İnterpress.az