AZ

Piyada yerüstü keçidi qoyub yolun ortasında özünü təhlükəyə atdı VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Bakıda yol hərəkəti qaydalarını pozan piyadanın görüntüsü avtomobildə quraşdırılmış kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Moskva prospektində qeydə alınıb. Belə ki, müasir tipli yerüstü piyada keçidinin olmasına baxmayaraq, piyada yolu təhlükəsiz şəkildə keçmək əvəzinə, öz həyatını ciddi risk altına atıb. O, nəqliyyatın intensiv hərəkət etdiyi ərazidə ayırıcı zolağın üzəri ilə hərəkət edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Qeyd edək ki, bu cür davranış təkcə piyadanın öz həyatı üçün deyil, eyni zamanda sürücülər üçün də təhlükə yaradır və yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır. Piyadalar unutmalı deyillər ki, yolu yalnız müəyyən olunmuş yerlərdən keçməlidirlər. Yol hərəkəti qaydalarına əməl etmək hər kəsin təhlükəsizliyi üçün vacibdir.

Fərid

Oxunub 232

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
avtosfer.az

1Mənbələr