AZ

Metroda sərnişinlərdən əlavə ödəniş alınır: Kimlər nə qədər ödəyir? - RƏSMİ

“Bakı Metropoliteni”ndə müəyyən ölçüdən böyük əl yükləri ilə səyahət edən sərnişinlər üçün əlavə ödəniş nəzərdə tutulur.

Bu qayda Nazirlər Kabinetinin qərarına əsaslanır.

Qaydalara görə, ölçülərinin cəmi 121 santimetrdən 200 santimetrə ədər olan əl yükləri, eləcə də yalnız uzunluğu 151 santimetrdən 220 santimetrədək olan uzun əşyalar metroda daşına bilər, lakin bu halda əlavə gediş haqqı ödənilməlidir. 

Göstərilən hədlərdən artıq ölçüyə malik əşyaların isə metroya gətirilməsinə icazə verilmir.

Qeyd edək ki, gündəlik istifadə üçün nəzərdə tutulan kiçik çantalar və normal ölçülü əl yükləri üçün əlavə ödəniş tələb olunmur.

Hazırda “Bakı Metropoliteni”ndə həmin qaydalar qüvvədədirmi və ölçüsündən asılı olaraq həmin yüklər üçün nə qədər vəsait ödənilir?

Məsələ ilə bağlı “Bakı Metropoliteni”ndən “Cebheinfo.az”-a bildirilib ki, “Bakı Metropolitenindən istifadə Qaydaları” Nazirlər Kabinetinin qərarı ilə 2010-cu il 19 oktyabr 179 nömrəli qərarı ilə təsdiq edilib:

“Bu qaydaların Ümumi Müddəalarının  2.2. bəndində göstərilir ki, “Sərnişinlər uzunluq, en və hündürlük, ölçülərinin cəmi 121 sm-dən 200 sm-ə qədər olan hər bir əl yükü üçün, eləcə də uzunluğu 151 sm-dən 220 sm-ə qədər olan uzun ölçülü hər bir əl yükü üçün gediş haqqı ödəməlidirlər. Ölçüsündən asılı olaraq yüklərlə bağlı həmin qaydalarda göstərildiyi kimi sadəcə əlavə gediş haqqı ödəyirlər”. 

Seçilən
93
22
cebheinfo.az

10Mənbələr