ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.
“Bu gün klinikalarda, şadlıq saraylarında vətəndaşlardan böyük məbləğlərdə nağd vəsaitlər alınır. Amma bunun müqabilində onlara heç bir qəbz təqdim olunmur. Restoran və ya şadlıq sarayı təşkil olunan ziyafətə görə müştərinin etdiyi ödənişlə bağlı ona qəbz təqdim etmir. Təmir-tikinti, kənd təsərrüfatı, repetitorluq sahəsində də belə hallar baş verir".
İqtisadçı ekspert Eyyub Kərimli bunu 525-az-a deyib.
Ekspert qeyd edib ki, vergidən yayınma halları, xüsusilə də iri ticarət mərkəzlərində və onların ətrafında fəaliyyət göstərən satıcılar arasında daha çox müşahidə olunur. Bəzi hallarda iri ticarət mərkəzləri vergi orqanları ilə müəyyən razılaşmalar əldə edərək, ərazidə fəaliyyət göstərən satıcılardan ümumi şəkildə vergi yığmağa çalışırlar. Lakin bu da tam şəffaf və ədalətli üsul sayılmır:
“Hesab edirəm ki, hər bir sahibkar (satıcı) öz fəaliyyəti üzrə müstəqil şəkildə vergi ödəməli və satış zamanı mütləq şəkildə rəsmi qəbz təqdim etməlidir”.
Sevinc Qarayeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.