Paytaxtın Nəsimi rayonunda fəaliyyət göstərən restoranların birindən iki ədəd mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.
Metbuat.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Qeyd olunub ki, həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı X.Eyvazov və 39 yaşlı İ.Ələkbərov saxlanılıblar.
Araşdırmalar aparılır.