Ötən gün polis əməkdaşları tərəfindən respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı aşkarlanıb.
Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanvarın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 2 tapança, 4 qumbara, 6 alışdırıcı, 79 tüfəng, 7 patron darağı və 571 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.