AZ

Polşa şərq sərhədini minalayacaq

Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik bildirib ki, ölkənin şərq sərhədləri manalanacaq.

Herbiand.az xarici mənbələrə istinadən xəbər verir ki, Polşa Rusiya və Belarusla sərhəddə "Şərq Qalxanı" proqramını həyata keçirir.

Polşa Baş naziri Donald Tuskun ofisinin açıqlamasına görə, hökumət "Belarus və Rusiyadan gələn təhdidlərə qarşı durmaq üçün" NATO-nun şərq cinahında hərtərəfli müdafiə infrastrukturu yaratmaq niyyətindədir.

"Polşa sərhədi minalamaq üçün yerlər hazırlayacaq, lakin faktiki minalama yalnız böhran vəziyyətində baş verə bilər. Buna görə də, açıq desək, "Şərq Qalxanı" proqramı bir tərəfdən mühəndislik maneələrinin tikintisi, digər tərəfdən isə minalama üçün yerlərin hazırlanmasıdır, lakin faktiki minalama yalnız real müharibə təhlükəsi olduqda baş verəcək".

Xatırladaq ki, Polşa 2025-ci ilin iyun ayında Ottava Konvensiyasından çıxma prosesinin başladığını elan edib. Bu beynəlxalq müqavilə piyada əleyhinə minaların istifadəsini, saxlanmasını, istehsalını və ötürülməsini qadağan edir və onların məhv edilməsini tələb edir. Konvensiya 3 dekabr 1997-ci ildə Kanadanın Ottava şəhərində imzalanmış və 1 mart 1999-cu ildə qüvvəyə minmişdir. 163 ölkə tərəfindən ratifikasiya edilmişdir.

Seçilən
84
herbiand.az

1Mənbələr