AZ

Xırdalanda dəmir məhəccərlər oğurlayan şəxs saxlanılıb

Xırdalanda

Abşeron rayonu, Xırdalan şəhərində binaların qarşısından dəmir məhəccərlərin oğurlanması barədə polisə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində oğurluq etməkdə şübhəli bilinən 33 yaşlı Z. Həsənzadə saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Seçilən
52
5
1news.az

8Mənbələr