"Joqovurd" qəzetinin jurnalistləri Ermənistan parlamentinin binasından zorla çıxarılıblar.
Publika.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bundan əvvəl nəşrin redaktoru Knar Manukyan və jurnalisti Sona Qriqoryan parlament akkreditasiyasından məhrum ediliblər. Bu dəfə isə "Hayastan" blokundan olan millət vəkili Geqam Manukyan onları Müdafiə və Təhlükəsizlik Komitəsinin müzakirəsinə dəvət edərək icazə vermişdi.
Bildirilir ki, komissiyanın iclası zamanı Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı gəlib və administrasiya rəhbəri David Arakelyanın adından jurnalistlərin iclasdan çıxmalarını tələb edib. Buna cavab olaraq komissiya rəhbəri Andranik Köçəryan iclası pozmadıqlarını və orada qalmalarına icazə verildiyini bildirib.
Qısa söhbətdən sonra mühafizəçilər gediblər, lakin bir qədər sonra jurnalistlərin məhkəmə zalını tərk etmələri tələb olunub. Fasilə zamanı "Joqovurd" qəzetinin nümayəndələri Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının müşayiəti ilə zaldan çıxarılıblar.