İran hüquq-mühafizə orqanları "terrorçu qruplarla əlaqədə və kütləvi iğtişaşlarda iştirakda" ittiham olunan təxminən 3000 nəfəri saxlayıb.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “Tasnim” xəbər agentliyi açıqlama yayıb.
Qeyd edək ki, İranda iğtişaşlar dekabrın 29-da rialın kəskin şəkildə ucuzlaşması ilə başlayan və əksər böyük şəhərlərə yayılan küçə etirazlarından sonra başlayıb.
İran hakimiyyəti iğtişaşlara görə İsraili və ABŞ-ni günahlandırıb. ABŞ Prezidenti Donald Tramp əvvəllər İslam Respublikasına qarşı güc tətbiq etməyi ciddi şəkildə nəzərdən keçirdiyini bildirib.