1-ci liqa təmsilçisi “ASTA Mingəçevir” Bakı toplanışına başlayır.
QOL.az xəbər verir ki, bu bərədə klubun yaydığı açıqlmada bildirilir.
Komanda hazırlıq prosesinin növbəti mərhələsini yanvarın 16-dan 21-nə kimi Bakıda keçitəcək. Təlim-məşq toplanışı çərçivəsində futbolçuların fiziki və taktiki hazırlığına xüsusi diqqət yetiriləcək.
Məlumatda bildirilir ki, hazırda klub 7 futbolçu ilə yollarını ayırıb, 5 yeni futbolçu ilə ilkin müqavilə imzalanıb. Bundan əlavə, bir neçə oyunçu ilə danışıqlar son mərhələdədir.
Yeni transferlərin adları yaxın günlərdə ictimaiyyətə rəsmi şəkildə elan olunacaq.
Qeyd edək ki, "Mingəçevir" 1-ci liqada 12 turdan sonra 21 xalla 4-cü pillədə qərarlaşıb.