"Şəki" ABŞ-dən olan basketbolçusu Samir Styuartla əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, məlumatı bölgə təmsilçisinin mətbuat xidməti yayıb.
Komandanın kapitanı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bildirilib ki, ayrılığa səbəb oyunçunun Azərbaycan Basketbol Liqasının III dövrəsində baş tutmuş NTD ilə matçında ciddi zədə almasıdır.
Basketbolçu zədəsinin müalicəsinə vətəni ABŞ-də davam edəcək.