AZ

“Zirə” öndə olduğu oyunda uduzdu

Antalyada təlim-məşq toplanışında olan “Zirə” bu gün iki yoxlama oyunu keçirəcək.

Msport.az xəbər verir ki, “qartallar” əvvəlcə Ukraynanın “Aleksandriya” klubu ilə üz-üzə gəlib. Rəşad Sadıqovun komandası 2:1 hesabı ilə öndə olsa da, oyundan məğlub ayrılıb – 2:3.

“Zirə”nin heyətində Yeqor Boqomolski və Ceyhun Nuriyev fərqləniblər.

Qəsəbə klubu bu gün axşam Çexiya təmsilçisi “Bohemians”la da qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

 

Seçilən
136
msport.az

1Mənbələr