AZ

Heç olmasa 2026-cı ildə Bakı şəhərinin bələdiyyə xəritələri təqdim olunsun – Hümbət Hüseynov

Bakı. Trend:

Bakı şəhərində bələdiyyələrin xəritələri verilmədiyinə görəözəlləşdirilən qeyri-yaşayış sahələrinin yerləşdiyi torpaq sahələribütövlükdə dövlət torpağı kimi qeydə alınır.

Trend xəbərverir ki, bunu Azərbaycan Qəsəbə Bələdiyyələrinin MilliAssosiasiyasının sədri Hümbət Hüseynov Milli Məclisin Regionalməsələlər komitəsinin bugünkü iclasında deyib.

Sədr xatırladıb ki, özəlləşdirmə prosesi bir neçə mərhələdənibarətdir və son mərhələlərdən biri də Əmlak Məsələləri DövlətXidməti tərəfindən özəlləşdirilən obyektin altında yerləşən torpaqsahəsi ilə bağlı müqavilənin bağlanmasıdır:

“Lakin bu prosesdə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə,demək olar ki, rast gəlinmir. Halbuki bələdiyyələr yarandığı gündənRəsulzadə bələdiyyəsinə ümumilikdə 571,6 hektar torpaq sahəsiayrılıb. Bu gün isə biz həmin torpaq sahələrinin haradayerləşdiyini faktiki olaraq müəyyən edə bilmirik. Yaşayışməntəqələrinin daxilində yerləşən qeyri-yaşayış obyektlərininaltındakı torpaqlar dövlət torpağı kimi qeydiyyata alınır”.

H.Hüseynov vurğulayıb ki, bələdiyyə xəritələrinin verilməməsininəsas səbəblərindən biri də məhz bu boşluqdan istifadəolunmasıdır:

“Çünki xəritələr təqdim olunsa, həmin torpaq sahələrinin heçolmasa müəyyən bir hissəsinin bələdiyyə mülkiyyətinə aid olduğu üzəçıxar. Axı bütün torpaqların dövlət mülkiyyətində olması mümkündeyil. Əgər bu xəritələr bələdiyyələrə təqdim edilsə idi,bələdiyyələr müəyyən maliyyə imkanları da əldə edə bilərdilər.

Qarşıdan “Şəhərsalma və Memarlıq İli” gəlir və mən təklif edirəmki, heç olmasa 2026-cı ildə Bakı şəhərinin bələdiyyə xəritələritəqdim olunsun. Bu məsələ dəfələrlə qaldırılıb, dəfələrləçıxışlarda səsləndirilib, lakin bu günədək öz həllini tapmayıb.Buna baxmayaraq, ümid edirəm ki, Şəhərsalma və Arxitektura İliçərçivəsində Bakı şəhərində yerləşən bələdiyyələr bu xəritələriəldə edə biləcəklər”.

Seçilən
122
1
az.trend.az

2Mənbələr