AZ

Cenevrədə multilateralizmin şəhərsalma rolu müzakirə edildi

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Anar Quliyev: “Multilateralizm iqlim dəyişikliyi və sürətli urbanizasiya kimi qlobal çağırışların öhdəsindən gəlmək üçün ən effektiv yanaşmadır”

KONKRET.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Parçalanmalar və transformasiya dövründə multilateralizmin yenidən formalaşdırılması” mövzusuna həsr olunmuş 35-ci Yüksək Səviyyəli Toplantısında iştirak edir.

Yanvarın 15-də öz işinə başlayan Toplantıda çıxışı zamanı Anar Quliyev multilateralizmin heç bir ölkənin təkbaşına həll edə bilmədiyi – iqlim dəyişikliyi, sürətli urbanizasiya, bərabərsizlik və dayanıqlı inkişaf kimi qlobal çağırışların öhdəsindən gəlmək üçün ən effektiv yanaşma olduğunu bildirib. O, bu kontekstdə şəhər və yaşayış məskənlərində qlobal həllərin praktik fəaliyyətə çevrildiyi əsas məkanlar kimi həlledici rolunu xüsusi vurğulayıb.

Qeyd edib ki, Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən Azərbaycan şəhərləri və infrastrukturu regionları və cəmiyyətləri birləşdirən körpülər kimi dəyərləndirir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və inteqrasiya olunmuş şəhərsalma layihələrindən danışan Anar Quliyev bu prosesin təkcə ərazilərin yenidən qurulması deyil, həm də uzunmüddətli sülhə, sabitliyə və regional əməkdaşlığa töhfə vermək məqsədi daşıdığını bildirib.

Sonda Komitə sədri həmkarlarını 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına dəvət edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
135
3
konkret.az

5Mənbələr