İtaliya A Seriyasının 16-cı turunda "Komo"nu səfərdə 3:1 hesabı ilə məğlub edən "Milan"ın baş məşqçisi Massimiliano Alleqri oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "DAZN Italia" belə çatdırıb:
"Biz topa nəzarət etməli olduğumuzu nəzərə alaraq dörd yarımmüdafiəçi ilə başladıq. Amma qol buraxandan sonra planımız pozuldu. Təhlükəli əks-hücumlar buraxdıq. Onların təhlükəli ötürmələri də az olmadı. Reallıq budur ki, qapıçımız bizi xilas etdi. Güclü və təhlükəli "Komo" ilə görüşdə hesabı bərabərləşdirəndən sonra üç hücumçu ilə oynamağı uyğun saydımsa, önə keçincə əvvəlki sxemə qayıtdıq.
Bizim də "Komo" kimi başqa qol vəziyyətlərimiz oldu. Rəqib çox möhkəm kollektivdir. Nəyin bahasına olsa da, nəticə qazanmaq istəyirdi. Yaxşı oynadıq. Həm də bəxtimiz gətridi ki, hesabı penalti ilə bərabərləşdirə bildik. Hərçənd fasilədən sonra oyunun ssenarisi dəyişdi".
16 oyuna 43 xal toplayan "Milan" A Seriyasının turnir cədvəlində 2-ci pillədə mövqe tutub.
Nihat