AZ

Hindistanlı hüquq müdafiəçisi: Siqh məsələsi regional deyil, qlobal əhəmiyyət daşıyır

Yeniazerbaycan portalından alınan məlumata görə, ain.az xəbər verir.

Hindistan dövləti siqh icmasını həm Pəncabda, həm də diasporda sistemli şəkildə hədəfə alır. Bu siyasətin kökləri Britaniya kolonializminə gedib çıxır. 1849-cu ildə Pəncab işğal edildikdən sonra siqh xalqının müstəqil gücünün məhv edilməsi məqsəd qoyulmuşdu. Bu yanaşma sonradan Hindistan dövləti tərəfindən davam etdirildi.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Zikh Federation" təşkilatının hüquqi məsələlər üzrə məsləhətçisi Wirring Prabjot Singh Bakıda “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

O qeyd edib ki, 1984-cü ildə Qızıl Məbədə baş verən hərbi hücum bunun açıq nümunəsidir. Bundan sonra siqh icmasına qarşı kütləvi qətllər törədilib, lakin cinayətlər cəzasız qaldı. Zorakılıq bu gün də Pəncabda və diasporda davam edir. Siqh məsələsi yalnız regional deyil, həm də qlobal əhəmiyyət daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
yeniazerbaycan.com

3Mənbələr