AZ

BCG şəhərlərdə nəqliyyatın transformasiyasının sürətləndirilməsi üçün tələb olunan əsas alətləri açıqladı

Bakı. Trend:

Şəhərlər ən kəskin problemlərə və istifadə olunmamış potensialafokuslandıqları, ayrı-ayrı tədbirlər çərçivəsindən kənaraçıxdıqları və real vaxt rejimində məlumatlardan ssenarilərinmodelləşdirilməsi və investisiya qərarlarının qəbulu üçün istifadəetməyə başladıqları təqdirdə əhəmiyyətli irəliləyiş əldə edəbilərlər.

Trend xəbər verirki, bu barədə “Boston Consulting Group” (BCG) beynəlxalq konsaltinqşirkətinin araşdırmasında bildirilir.

Məlumata görə, şəhərlərə mobillik sahəsində mövcud inkişafsəviyyəsini qiymətləndirmək və onu öz kateqoriyasına aid şəhərlərləmüqayisə etməkdə kömək məqsədilə “BCG City Mobility Health CheckTool” adlı rəqəmsal alət hazırlanıb. Gələcəkdə bu alət tədqiqatadaxil edilmiş 150 şəhərin hamısını əhatə edəcək.

BCG-nin şəhər planlaşdırılması və mobillik üzrə qlobal eksperti,tədqiqatın həmmüəllifi Arturs Smilkstins bildirib ki, 2050-ci iləqədər şəhərlərdə daha 2,5 milyard insanın yaşayacağı nəzərəalınarsa, mobillik istedadların və investisiyaların cəlb edilməsiüçün rəqabətə davamlılığın əsas amillərindən birinə çevriləcək.

“Bizim araşdırma göstərir ki, miqyasından, coğrafiyasından vərifah səviyyəsindən asılı olmayaraq ən uğurlu şəhərləri birxüsusiyyət birləşdirir: onlar məlumatlara əsaslanan, düşünülmüşqərarlar qəbul edirlər və bu qərarlar sakinlərin şəxsiavtomobillərdən istifadədən daha səmərəli nəqliyyat növlərinəkeçidini təşviq edir”, – o bildirib.

Məqalədə:
Seçilən
152
az.trend.az

1Mənbələr