GlobalInfo saytına istinadən ain.az xəbər verir.
“İsrail hakimiyyəti ABŞ-ın yaxın günlərdə İrana zərbə endirə biləcəyinə inanır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
“ABŞ hökumətinin hazırkı planına İran təhlükəsizlik qüvvələrinə hücumlar daxildir. Amerika rəsmiləri qeyd ediblər ki, İran etirazçıların edamını bərpa edərsə, hərbi müdaxilə ehtimalı qalır”, – deyə bildirilib.
Qeyd edək ki, İranda kütləvi etirazlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyuta olan İran rialının devalvasiyasından sonra başlayıb. Buna cavab olaraq hakimiyyət təhlükəsizlik tədbirlərini gücləndirib, polis etirazçılara qarşı göz yaşartıcı qaz və hava tüfənglərindən istifadə edib.
Tehran iğtişaşlara görə xarici qüvvələri günahlandırır. Ölkənin Xarici İşlər Nazirliyinin məlumatına görə, etirazçıların hərəkətlərində ABŞ və İsrail iştirak edir.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.