AZ

Sabiq icra başçısının güllələdiyi şəxs çoban imiş... DETALLAR

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bu gün Yevlaxda silahlı insident baş verib. Hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı, 46 yaşlı şəxsin ayaq nahiyəsinə xəsarət yetirib.Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qoyunbinəsi kəndində baş verib.

 

MÖVZU İLƏ BAĞLI:Qoca Səmədovun oğlu Yevlaxda adam GÜLLƏLƏDİ

Əldə etdiyimiz məlumata görə, güllələnən şəxs çoban kimi fəaliyyət göstərib. Tərəflər arasında insidentin yaranmasına səbəb torpaq sahəsi ilə bağlı yaranan mübahisə olub. Qeyd edək ki, Zaur Səmədov Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğludur.Xatırladaq ki, Q. Səmədov 2019-cu ildə həbs edilib. O, vaxtından əvvəl şərti azadlığa buraxılmış və səhhətindəki problemlər səbəbindən 2023-cü ildə vəfat etmişdi.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
132
2
bizim.media

3Mənbələr