ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
İranın sabiq prezidenti Həsən Ruhani haqqında yayılan saxlanılması xəbərləri yalan çıxıb.
Bir neçə gün öncə “Jedaal” portalının təsisçisi, politoloq Əli Əlizadə sosial şəbəkədə Ruhani’nin saxlandığını iddia etmişdi.
Onun sözlərinə görə, bu məlumatı İran parlamentinin deputatı Əbdülqasim Qarare və siyasətçi Meysam Nadi ona çatdırıb.
Lakin Ruhaniyə yaxın mənbə bu iddianı təkzib edib və sabiq prezidentin belə məlumatların yayılması ilə bağlı şikayət verməyi nəzərdən keçirdiyini bildirib.
Eyni zamanda, sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərifin də saxlanıldığı barədə yayılan xəbərlər rədd olunub. Mənbə bildirib ki, bu məlumatlar saxtadır və cəmiyyətdə parçalanma yaratmaq məqsədi güdür.
Qeyd edək ki, Həsən Ruhaninin ofisi yaxın vaxtlarda məsələ ilə bağlı rəsmi açıqlama verəcək.
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.