AZ

Ermənistan parlamentinin sədri Türkiyənin XİN rəhbərinə təşəkkür edib » AzadMedia.az


Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ermənistanın Baş naziri Nikol Paşinyanın həyata keçirdiyi xarici siyasət kursu ilə bağlı səsləndirdiyi fikirlərə görə təşəkkürünü bildirib.
Bu barədə Simonyan brifinq zamanı açıqlama verib. O, Türkiyənin xarici işlər nazirinə, eləcə də Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsinin sülhə və ticarət əlaqələrinin inkişafına yönəlmiş yanaşmasını TRIPP çərçivəsində dəstəkləyən bütün tərəfdaşlara minnətdarlığını ifadə edib.
Parlament sədri vurğulayıb ki, regionda sabitlik, dialoq və iqtisadi əməkdaşlığın genişlənməsi Ermənistan üçün mühüm prioritetlər sırasındadır.
Xatırladaq ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan TRIPP üzrə çərçivə sənədinin Türkiyə tərəfindən nəzərdən keçirildiyini və bu prosesdə Paşinyan hökumətinin siyasətinin konstruktiv rol oynadığını bildirmişdi.
Seçilən
50
1
azadmedia.az

2Mənbələr