AZ

Yusif Vəliyev: Gənclər Fondu 2026-cı ildə də irimiqyaslı layihələrin həyata keçirilməsini davam etdirəcək

Bakı, 16 yanvar, Günel Türksoy, AZƏRTAC

Gənclər Fondu ötən illərdə olduğu kimi, 2026-cı ildə də gənclər üçün irimiqyaslı layihələrin həyata keçirilməsini davam etdirəcək. Bu layihələr həm gənclərimizi, həm də könüllülərimizi əhatə edəcək. Eyni zamanda, müxtəlif qrant layihələrinin, gənclər düşərgələrinin və inkişafyönümlü proqramların reallaşdırılması planlaşdırılır

Bunu AZƏRTAC-a məxsusi açıqlamasında Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev deyib.

O qeyd edib ki, il ərzində fondun fəaliyyəti gənclərimiz üçün çoxşaxəli olacaq: “Ötən il Gənclər Fondu tərəfindən həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsində təxminən 5 min gənc iştirak edib. Həmçinin ötən il “YayFest” gənclər düşərgəsi uğurla təşkil olunub. Qeyd etməliyım ki, Gənclər Fondunun həyata keçirdiyi müxtəlif layihələrdə gənclər aktiv iştirak edirlər. Onlar müxtəlif proqramlara və layihələrə qoşularaq bilik və bacarıqlarını inkişaf etdirir, imkanlardan faydalanırlar”.

 

 

 

Seçilən
135
azertag.az

1Mənbələr