
Tovuzda qadına kəsici alətlə xəsarət yetirilib.
APA-nın məlumatına görə, hadisə rayonun Dönük Qırıqlı kəndində qeydə alınıb.
Xəsarət alan şəxsin kənddəki Körpələr evinin müdiri, 1982-ci il təvəllüdlü Ş.Abdullayeva olduğu bildirilir.
İlkin məlumata görə, qadına keçmiş həyat yoldaşı tərəfindən kəsici alətlə xəsarət yetirilib.
Qadına tibbi yardım göstərilib, hazırda vəziyyətinin normal olduğu qeyd olunur.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.