Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin səhhətində problem yarannması haqqında yayılan xəbərlər yalandır.
"Cebheinfo.az" xəbər verir ki, bunu Xalq artistinin oğlu Ülvi Balayev deyib.
"Atamın səhhəti yaxşıdır və hər hansı problemi yoxdur. Hazırda evdədir, istirahət edir. Yayılan məlumatlar həqiqəti əks etdirmir", - deyə o, əlavə edib.
Qeyd edək ki, mediada Rasim Balayevin səhhətində problem yarandığı, əsəb pozğunluğu keçirdiyi bildirilib.
"Cebheinfo.az"