Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “ABC-Telecom” MMC-nin (Kontakt Home mağazalar şəbəkəsi) fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması halları üzrə aparılan araşdırmanı yekunlaşdırıb.Valyuta.az xəbər verir ki, araşdırma nəticəsində Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 23.1.1-ci, 23.1.4-cü və 25.1.1-ci maddələrinin tələblərinin pozulması əlamətləri müəyyən edilib.Belə ki, HOFFMANN əmtəə nişanı ilə yağla işləyən elektrik qızdırıcılarının satışı zamanı haqsız rəqabət hallarına yol verildiyi qənaətinə gəlinib.Nəticədə, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən ABC-Telecom MMC-yə yol verilmiş haqsız rəqabət hallarının aradan qaldırılması və gələcəkdə bu cür pozuntulara təkrar yol verilməməsi barədə müvafiq göstəriş verilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


