AZ

"Fədayəni mən sənətkar etmişəm"

Müğənni Tacir Şahmalıoğlu "Günə uğurla" verilişində qalmaqallı duet ortağı Fədayə Laçınla bağlı danışıb.

 

Tacir Şahmalıoğlu veriliş zamanı bildirib ki, Fədayə onun yanına gələndə cəmi 10-15 mahnı bilirmiş:

 

"Fədayə mənim yanıma gələndə çox az mahnı bilirdi. Onu sənətkar kimi yetişdirən mənəm".

 

Qeyd edək ki, T.Şahmalıoğlunun bundan əvvəlki açıqlaması - "Onun müəllimi olmuşam" - Fədayənin bacısı İlahə Fədanı narazı salmış və aralarında qalmaqal yaranmışdı. Bu açıqlama isə yenidən sosial mediada və tamaşaçılar arasında müzakirələrə səbəb olub./Milli.az

Tarix: 16 Yanvar 2026, 16:16   
Seçilən
59
7
pravda.az

10Mənbələr