ain.az, Lent az portalına istinadən məlumat verir.
Şəkidə 3 gün əvvəl qəzaya düşən ölüb.
Lent.az xəbər verir ki, yanvarın 13-də Çayqaraqoyunlu kəndi ərazisində “Opel” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü, 32 yaşlı Murad Abdurahmanov bu gün günorta saatlarında xəstəxanada vəfat edib.
DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.