AZ

FİFA 2026-da iştirak üçün rekord sayda müraciət var

FİFA 2026-cı il Dünya Kuboku üçün rekord sayda — 500 milyon bilet müraciəti olunduğunu açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, turnirə olan böyük maraq xüsusilə Kolumbiya–Portuqaliya, Meksika–Cənubi Koreya və final matçlarında özünü göstərib.

Bildirilib ki, tələb təklifi üstələdiyi üçün biletlər lotereya əsasında paylanacaq və nəticələr 5 fevrala qədər açıqlanacaq.

Bu mərhələdə bilet qazanmayan azarkeşlər isə turnirə yaxın “son dəqiqə satış” mərhələsində növbəti şans əldə edəcəklər.

"Cebheinfo.az"

Seçilən
108
1
cebheinfo.az

2Mənbələr