AZ

Putin Netanyahu ilə danışdı, Pezeşkiana ZƏNG ETDİ – Gərginlik PİK HƏDDƏ

Bu gün Rusiya Prezidenti Vladimir Putin əvvəlcə İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb, daha sonra isə İran prezidenti Məsud Pezeşkianla əlaqə saxlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskovun sözlərinə görə, Kreml İran ətrafında və ümumilikdə Yaxın Şərqdə yaranmış vəziyyəti son dərəcə gərgin qiymətləndirir. Bildirilib ki, Vladimir Putin İsrail–İran xəttində eskalasiyanın qarşısının alınması məqsədilə diplomatik səylər göstərir və tərəflərlə təmaslarını davam etdirir.

“Sputnik İran”ın yaydığı məlumata görə, telefon danışığı zamanı Məsud Pezeşkian Vladimir Putinə İran daxilində vəziyyətin sabitləşdirilməsi üçün İslam Respublikasının fəal addımlar atdığı barədə məlumat verib. Tərəflər bölgədə gərginliyin azaldılmasının vacibliyini vurğulayıb və mövcud problemlərin yalnız siyasi və diplomatik yollarla həll edilməsinin zəruriliyini qeyd ediblər.

Məlumata görə, Moskva Yaxın Şərqdə gərginliyin daha da artmasının qarşısının alınması üçün diplomatik təşəbbüslərini davam etdirmək niyyətindədir.

Sara

Seçilən
114
nocomment.az

1Mənbələr