AZ

Torreyra “Qalatasaray”dan ayrılır? MENECERİ AÇIQLADI

ain.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Türkiyə Super Liqa təmsilçisi “Qalatasaray"da ayrılıq baş verə bilər.

Apasport.az xəbər verir ki, klubun futbolçusu Lukas Torreyra karyerasını ölkəsində davam etdirə bilər.

Bu barədə yarımmüdafiəçinin meneceri Pablo Bentankur yerli mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, 29 yaşlı futbolçu hazırda İstanbul təmsilçisində özünü xoşbəxt hiss etmir və Uruqvaya qayıtmağı düşünür. Buna səbəb Torreyra­nın ailəsi ilə daha çox vaxt keçirmək istəməsidir.

Menecer həmçinin “Atletiko Paranaense” klubunun futbolçunun transferi ilə bağlı müəyyən addımlar atmağa hazırlaşdığını da qeyd edib.

Qeyd edək ki, Lukas Torreyra 2022-ci ildən "Qalatasaray"da çıxış edir.

“Zenit”in sabiq hücumçusu vəfat edib

“İnter” Çalhanoğlu üçün “Qalatasaray”ın təklifini rədd edib

Türkiyə Kuboku: “Beşiktaş”dan darmadağın

Cenk Tosun “Fənərbaxça”dan ayrıldı - YENİ KLUBU BƏLLİ OLDU

Şotlandiyalı vinger Super Liqa klubuna keçib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
72
38
apasport.az

10Mənbələr