AZ

Futbolda QALMAQAL: Qapıçının penalti üçün ipucları olan 5 dəsmalı OĞURLANDI – VİDEO

Nigeriya qapıçısının penalti üçün ipucları olan dəsmalları oğurlandı.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Afrika Millətlər Kuboku çərçivəsində Mərakeşə qarşı keçirilən oyunda Nigeriya millisinin qapıçısı Stenli Nvabilinin başına qəribə iş gəlib. Matç zamanı qapıçının penalti seriyası üçün ipucları qeyd edilən beş ədəd dəsmalı oğurlanıb.

Dəsmallarının yerində olmadığını görən və bu vəziyyətə əsəbiləşən qapıçı rəqib komandanın azarkeşlərinə orta barmağını göstərərək qeyri-etik jest nümayiş etdirib.

Yekun nəticə isə komanda üçün uğursuz olub: Nigeriya penaltilər seriyasında məğlub olaraq finala vəsiqə qazana bilməyib. Nvabilinin itən dəsmalı və yaşanan bu hadisə isə sosial şəbəkələrdə viral mövzuya çevrilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
153
interpress.az

1Mənbələr