Newscenter.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Ümumi təhsil müəssisələrinin 9–11-ci sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilir.Newscenter.az xəbər verir ki. şagirdlər portal.edu.az platformasında bu məqsədlə yaradılmış “Müsabiqələr və olimpiadalar” bölməsindən müsabiqənin istiqamətini seçərək elektron formada müraciət edə bilərlər.Qeydiyyatdan keçmiş şagirdlər müsabiqənin region mərhələsində iştirak üçün yerli təhsili idarəetmə qurumları tərəfindən dəvət ediləcəklər.Müsabiqənin final mərhələsinə vəsiqə qazanacaq şagirdlər nəticə ilə bağlı portal.edu.az platforması və mobil telefona SMS göndərilməsi vasitəsilə məlumatlandırılacaqlar. Nəzərinizə çatdırırıq ki, müsabiqəyə qeydiyyat 30 yanvar 2026-cı il tarixinə kimi aktiv olacaq. Qeyd edək ki, müsabiqə Ulu Öndər Heydər Əliyevin doğum gününün 103-cü ildönümü ilə əlaqədar onun zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə keçirilir.Ruhiyyə Mehdiyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.