İkinci növbədə, bu sahə üçün hüquq-mühafizə orqanlarının işi önəmlidir. Öz fikirlərini söyüş, təhqir ilə ifadə edən, düşüncələrini guya düzgün bilib, insanların şəxsiyyət və ləyaqətinə xələl gətirən şəxslərə qarşı cinayət işləri açılmalıdır. Etibar Əliyevin sözlərinə görə, sosial şəbəkə fenomenləri maarifçilik missiyalarını daşımalıdır. Buradakı kontentlər insanların savadlanmasına, daha çox öyrənməsinə xidmət etməlidir. Həmçinin, insanlar arasında virtual fikir mübadiləsi güclənməlidir. Cəmiyyət qanunlara uyğun davransa, qısa zaman kəsiyində bu problem həll edilə bilər. Ən lazımlısı isə, virtual mühitdə insanları əxlaqdan uzaq davranışlara səsləyən hər bir şəxsin cəzalandırılmasıdır. Təəssüf ki, hazırda bu tip paylaşımlar sosial mühitdə artmaqda davam edir. Bu haldan ən çox əziyyət çəkənlər isə yeniyetmə və gənclərdir.