AZ

AMB "Mastercard"la ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və "Mastercard" şirkəti arasında 2026–2029-cu illər üzrə strateji əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

FED.az bu barədə AMB-yə istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazımov "Mastercard" şirkətinin sədr müavini və Strateji inkişaf üzrə prezidenti Con Hantsmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş çərçivəsində ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsi, rəqəmsal maliyyə infrastrukturunun gücləndirilməsi və ödəniş sistemlərinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən təşəbbüslər müzakirə olunub.

Görüşdə həmçinin tərəflər arasında əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə edilib, 2026–2029-cu illər üzrə strateji əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
19
3
fed.az

4Mənbələr