AZ

Mənzurə qardaşının vəzifədən getməsindən danışdı

Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, müğənni Mənzurə Musayevanın qardaşı, Sumqayıt Tibb Mərkəzinin nəzdində 1 nömrəli Şəhər Xəstəxanasının baş həkimi Mətləb Musayev işdən çıxıb. 

Axşam.az xəbər verir ki, sənətçi "Qonaqcanlı" verilişində bu haqda sualları cavablandırıb. O bildirib ki, qardaşı baş həkim vəzifəsindən getsə də, həkim kimi fəaliyyətini davam etdirir:

"Qardaşım baş həkim idi. Pandemiyadan bu yana eyni vəzifədə çalışırdı. Prezidentin imzası ilə tərəqqi medalı aldı. Çox əziyyət çəkdi. Pandemiyada hamı yaşamaq istəyirdi. Nə qədər zəng vurub kömək istəyirdilər. İndi yoruldum deyib, özü ərizə yazıb işdən çıxdı. Onu şöbə müdiri qoymaq istədilər, razılaşmadı. Amma yenə də həkim kimi çalışır. Qardaşım həkim-uroloqdur".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
66
axsam.az

1Mənbələr