ABŞ prezidenti Donald Tramp üçün İranla bağlı hazırlanmış bütün variantlar masadadır.
Publika.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karolin Leavitt mətbuata açıqlamasında deyib.
O bildirib ki, Tehran administrasiyası ABŞ-a edamların dayandırılması qərarı verildiyini və planlaşdırılan 800 edamın bu çərçivədə təxirə salındığını vurğulayıb.
“Prezident və onun komandası prosesi anbaan izləyir. Tramp üçün bütün variantlar masada qalır”, - deyə o qeyd edib.