AZ

Prezident İlham Əliyev bir sıra məcəllə və qanunlara edilən dəyişiklikləri təsdiqləyib - FƏRMAN

Bakı. Trend:

Əmək Məcəlləsinə 3 əsas istiqamət üzrə dəyişiklik edilib.

Trend-inməlumatına görə, bu, Prezident İlham Əliyevin “AzərbaycanRespublikasının Əmək Məcəlləsində, Azərbaycan RespublikasınınCinayət Məcəlləsində, Azərbaycan Respublikasının VergiMəcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrasıMəcəlləsində, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığortahaqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Valideynhimayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”,“Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Narkolojixidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yaşayışminimumu haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”,“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”,“İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqlarıhaqqında”, “Məşğulluq haqqında” və “Hesablama Palatası haqqında”Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”Fərmanında öz əksini tapıb.

Fərmana əsasən, mahiyyəti üzrə aparılandəyişikliklər

  • Beynəlxalq Əmək Təşkilatının "Kişi və qadın işçilər - ailəvəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftarhaqqında" 156 nömrəli Konvensiyasına tələblərindən irəli gələrəkMəcəllənin 3-cü maddəsində istifadə edilən anlayışlar sırasına"ailə vəzifələri olan işçi" anlayışı gətirilmişdir.
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti, AzərbaycanHəmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan RespublikasıSahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasıarasında 2014-cü il 10 iyul tarixli 227 nömrəli birgə qərarlabağlanmış "2014-2015-ci illər üçün Baş Kollektiv Saziş"in 2.3-cübəndində Məcəllədə "minimum əməkhaqqı" anlayışının Beynəlxalq ƏməkTəşkilatının 131 nömrəli Konvensiyasının 3-cü maddəsində veriləntərifə uyğunlaşdırılması öhdəliyi götürülmüşdür. Bu öhdəlik"minimum əmək haqqı" anlayışının BƏT-in 131 nömrəli Konvensiyasının3-cü maddəsinə uyğunlaşdırılması məqsədilə yeni redaskiyadaverilmişdir.
  • Məcəllənin bir sıra maddələrində (məsələn, 31-ci maddenin 3-cühissəsi, 47-ci maddənin a) bəndi, 73-cü maddənin 2-ci hissəsi vəs.) işçilərin ezamiyyəsi, eləcə də ezamiyyəni qadağan edən hallarbarədə norma və qaydalar mövcuddur. Bununla yanaşı Məcəllədəişəgötürənin işçini xidməti tapşırıqların yerinə yetirilməsizərurəti ilə əlaqədar ezamiyyətə göndərmək hüququ, eləcə də işçininbelə hallarda ezamiyyə xərclərini almaq hüququ öz əksinitapmamışdır. Göstərilənlərə əsasən Məcəllənin 3-cü maddəsindəistifadə edilən anlayışlar sırasına "Ezamiyyət" anlayışıgətirilmişdir.
  • Prioritet istiqamet olaraq işçilərin əmək funksiyalarınındistant iş formasında yerinə yetirilməsi sahəsi üzrəqanunvericiliyin formalaşdırılması müəyyən etmək, bu xüsusdaişçilərin distant iş formasında əmək funksiyasının yerinəyetirilməsinin hüquqi əsasının yaradılmasını təmin etmək məqsədiləMəcəllənin 3-cü maddəsinə "Məsafədən (distant) iş" anlayışıgətirilmişdir.
  • Əmək Məcəlləsinin 10-1-ci maddəsinin işləmə mexanizminitənzimləmək, təcrübədə yaranan anlaşılmazlıqları aradan qaldırmaq112 məqsədilə çalışma müddətinin uzadılmasının işəgötürənin əmri(sərəncamı) ilə rəsmiləşdirilməsi və bu halda, işçinin əməkmüqaviləsinə 70-ci maddəsinin "e" bəndinə əsasən xitam verilməsinəvə uzadılan müddətə müddətli əmək müqaviləsinin bağlanılmasına yolverilməməsi ilə bağlı tənzimləyici norma əlavə edilmişdir.
  • "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun56.0.2-ci maddəsinə əsasən Məcəllənin bir çox maddələrində "əməkmüqaviləsinin ləğv edilməsi" və ya "əmək müqaviləsinə xitamverilməsi" ifadələri eyniləşdirilmişdir.
  • Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrəÜçtərəfli Komissiyanın təsis edilməsinin hüquqi əsaslarınıgücləndirmək məqsədilə Əmək Məcəlləsinə üçtərəfli komissiya iləbağlı yeni 41-1-ci madde əlavə olunmuşdur.
  • Sözügedən Məcəllənin 47-ci maddəsinə təhsilalanların istehsalattəlimi və təcrübəsi keçdiyi hallarda müddətli əmək müqaviləsininbağlanılmasını müəyyən edən norma əlavə edilmişdir.
  • sınaq müddətini keçmədiyinə görə işəgötürənin işçini işdən azadedə bilməsi bağlı 70-ci maddəsinə düzəliş edilir.
  • Təcrübədə yaranan problemlər aradan qaldırılması məqsədilə69-cu və 73-cü maddələrin adında dəyişiklik edilir. Bu maddələrinadından "qayda" sözü çıxarılır, "Maddə 69. Əmək müqaviləsinəişçinin təşəbbüsü ilə xitam verilməsi" və "Maddə 73. Müddətli əməkmüqaviləsinə xitam verilməsi" kimi tənzimlənmişdir.
  • Məcəllənin 70-ci maddəsinin "a" bəndinə əsasən müəssisə ləğvedildikdə işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitamverilir. Praktikada fiziki şəxs olan işəgötürənin fəaliyyətinəxitam verildikdə işçilərlə bağlanılan əmək müqaviləsinə xitamverilməsi ilə bağlı çoxsaylı suallar yaranır. Qeyd edilən halıntənzimlənməsi məqsədilə 70-ci maddənin "a" bəndi təkmilləşdirilərəkmüəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürəninfəaliyyətinə xitam verildikdə işəgötürən tərəfindən işçinin əməkmüqaviləsinə xitam verilməsinin əsası kimi verilmişdir.
  • "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan RespublikasıQanununun 50.1-ci maddəsinə əsasən "həqiqi hərbi xidmətə çağırılmışvətəndaşlara mülkiyyət və təşkilati-hüquqi formasından asılıolmayaraq iş (təhsil) yerində orta əmək haqqının en azı üç misliməbləğində müavinət ödənilir". Uyğunsuizluğun aradan qaldırılmasıməqsədilə Məcəllənin 77-ci maddəsinin 7-ci hissəsinin birinci vəüçüncü cümlələri dəqiqləşdirilərək Məcəllədə müavinətin orta əməkhaqqının azı 3 misli məbləğində verilməsi təmin edilmişdir.
  • İşçinin məzuniyyətdə olduğu müddət ərzində aldığı əməkhaqqısonuncu əməkhaqqından az olmamaqla ödənilməsi ilə bağlı Məcəllənin117-ci maddəsinə tənzimləmə gətirilir.
  • 120-ci maddə yeni redaksiyada verilərək məzuniyyət hüququ 46təqvim günü olan xüsusi xidmətləri olan işçilərin dairəsiyenilənmişdir.
  • Gender bərabərliyinin təmin edilməsi məqsədilə uşağın doğulmasıilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdanəvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətindəödənişli məzuniyyət verilməsi nəzərdə tutulması ilə bağlı 125-cimaddənin 4-сü hissəsində norma müəyyən edilmişdir.
  • Məcəllənin 140-cı maddəsinin 1-ci hissəsinə, eləcə də analojihal olaraq 177-ci maddəsinin 3-cü hissəsinə 3-1-ci hissə əlavəedilərək məzuniyyət vaxtı üçün orta əmək haqqı hesablanarkən qismənödənişli sosial məzuniyyətdə ve ya işçinin təşəbbüsü ilə olmayanödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadanboşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylaryaxın tam işlənilən təqvim ayları ilə əvəz olunması ilə bağlıtənzimləmə nəzərdə tutulur.
  • Təcrübədə yaranan uyğunsuzluqların aradan qaldırılmasıməqsədilə Məcəllənin 177-ci maddəsində həmin maddənin 2-ci və 3-cühissələrində göstərilən hallarda hesablanmış bir günlük əməkhaqqıqismən ödənişli sosial məzuniyyətdə və işəgötürənin təşəbbüsü iləödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadanboşdayanma səbəblərindən işçinin sonuncu bir günlük əmək haqqındanaz olduğu halda sonuncu bir günlük əməkhaqqınin tətbiq edilməsi iləbağlı dəyişiklik edilmişdir.
  • Əməyin mühafizəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsiməqsədilə 223-cü maddəyə yeni hissə əlavə edilmişdir.

BƏT-in Konvensiyalarına və beynəlxalq təcrübəyəuyğun olaraq aparılan təkmilləşdirmə

Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatının "Kişi vəqadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlarvə bərabər reftar haqqında" 156 nömrəli Konvensiyasınıntələblərindən irəli gələrək, "ailə vəzifələri olan işçi", BƏT-in"İnkişaf etmiş ölkələri xüsusi nəzərə almaqla minimum əmək haqqınınmüəyyən edilməsi haqqında" (1970) 131 nömrəli Konvensiyasının 3-cümaddəsinə əsasən, "Minimum əmək haqqı" anlayışı Məcəlləyə əlavəedilmişdir.

"BƏT-in "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilərüçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəliKonvensiyasının "Ailə öhdəlikləri olan işçilər: kişi və qadınişçilər üçün bərabər rəftar və imkanlar haqqında" 165 nömrəliTövsiyəsinin 21-ci bəndinin 3) hissəsini nəzərə alınaraq ƏməkMəcəlləsinin 94-cü maddəsi yeni redaksiyada verilmişdir.

"Beynəlxalq Əmək Təşkilatının "Analığın mühafizəsi haqqında"1952-ci il Konvensiyasına (yenidən baxılmış) yenidən baxılmasıhaqqında" 183 nömrəli Konvensiyasının 4-cü maddəsinin 5-ci bəndinəəsasən Məcəlləsinin 125-ci maddəsinə yeni 3-cü hissə əlavəedilmişdir.

Azərbaycan Respublikasının qoşulduğu BƏT-in "Ödənişliməzuniyyətlər haqqında" 132 nömrəli Konvensiyasının 12-ci maddəsinəəsasən Məcəllənin 138-ci maddəsinə yeni məzmunda 2-1-ci hissə əlavəedilmişdir.

"Normativ hüquqi aktlar haqqında" AzərbaycanRespublikasının Konstitusiya Qanununun tələbləri baxımındanaparılan təkmilləşdirmə

Məcəllənin 3-cü, 6-cı, 9-cu, 10-cu, 11-ci, 14-cü, 21-ci, 25-ci,27-ci, 28-ci, 29-cu, 31-ci, 32-ci, 38-ci, 40-cı, 46-cı, 47-ci,48-ci, 56-cı, 58-ci, 61-ci, 63-cü, 65-ci, 67-ci, 67-1-ci, 67-2-ci,69-cu, 70-ci, 71-ci, 74-cü, 76-cı, 77-ci, 79-cu, 80- ci,83-cü,86-cı, 95-ci, 96-cı, 101-ci, 103-cù, 105-ci, 107-ci, 108-ci,114-cü, 117- ci, 122-ci, 124-cü, 130-cu, 131-ci, 133-cü, 136-cı,137-ci, 140-cı, 141-ci, 143- cü, 144-cü, 146-cı, 148-ci, 150-ci,156-cı, 171-175-ci, 177-ci, 178-ci, 182-ci, 183-cü, 185-190-cı,195-ci, 196-cı, 200-cü, 205-ci, 208-ci, 209-cu, 212-ci, 213- cü,219-cu, 220-ci, 221-ci, 223-cü, 224-cü, 245-ci, 255-ci, 256-cı,257-ci, 260- cı, 265-ci, 267-ci, 269-cu, 270-ci, 274-cü, 275-ci,277-ci, 278-ci, 284-cü, 288- ci, 294-cü, 295-ci, 300-cü, 305-ci,307-ci, 308-ci, 315-ci maddələrinə, habelə, Məcəllənin 1-ciəlavəsindəki Əmək müqaviləsinin (kontraktın) nümunəvi formasının4.25-ci, 9-1-9-4-cü bəndlərine mahiyyət üzrə edilmişdəyişikliklərdən irəli gələrək, o cümlədən texniki uyğunsuzluqlarınaradan qaldırılması məqsədilə düzəlişlər edilmişdir.

Eyni zamanda qanun layihəsində "Normativ hüquqi aktlar haqqında"Konstitusiya Qanununun tələbləri çərçivəsində Əmək Məcəlləsindənəzərdə tutulmuş dəyişikliklərdən irəli gələrək digər məcəllə vəqanunlarda da uyğunlaşdırma xarakterli dəyişikliklər təklifedilmişdir.

Seçilən
82
22
az.trend.az

10Mənbələr