AZ

İqtisadiyyat nazirinin birinci müavini Şəmkirdə vətəndaşları qəbul edib FOTOLAR

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Şəmkirdə vətəndaşların əmlak, vergi, sahibkarlığın inkişafı və s. məsələlərlə bağlı müraciətlərinə baxılıb.İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Şəmkirdə vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda  vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara əsaslandırılmış cavab və izahat verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib. Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
59
3
demokrat.az

4Mənbələr