Hazırda 44 yaşı olan sabiq isveçli forvard öz dönəminin ''Qalatasaray''ı ilə indiki ''Qalatasaray''ı müqayisə edib:
''Qalatasaray''da oynadığım dönəmdə sponsorumuz məndən xüsusi bir buts istəyib-istəmədiyimi soruşmuşdu. Təbii ki, ilk şərtim butsun rənglərinin sarı-qırmızı olması idi. Bundan başqa üzərinə bir şey yazdırmaq istəyib-istəmədiyimi soruşdular. Mən də əlbəttə ki ''Cim-Bom'' dedim. Çünki bu kəlmə mənim üçün çox şey ifadə edir. Həmin butsu klubun muzeyinə bağışlamışam. Bu buts artıq klub tarixinin bir parçasıdı. İki fərqli dönəmdəki komandaları, heyətləri müqayisə etmək çətindi. Tam cavab vermək üçün hər iki dönəmin paltardəyişmə otağındakı ab-havaya hakim olmaq, məşqləri yaxından izləmək lazımdı. Ancaq birini seçməyimi istəyirsizsə, mən öz dönəmimizdəki ''Qalatasaray''ı seçərdim. Çünki həm inanılmaz oyunçulara, həm də inanılmaz komandaya sahib idik. Hər kəs bir-biri üçün mübarizə aparırdı. Əslində müqayisə etmək istəməzdim. Amma məcburiyyət qarşısında öz komandamızı seçirəm''.