“Rasim Balayevin vəziyyəti normaldır”. Pravda.az xəbər verir ki, bu sözləri bakupost.az-a açıqlamasında onun oğlu bildirib.
“Qətiyyən həkimlik vəziyyət yaranmayıb. Çox yaxşıdır, istirahət edir. Səhhətində hər hansı problem olmayıb. Mən bu məlumatları yayanlara demişdim ki, təkzib etsinlər. Özbaşına ağızlarına gələni yazıblar”, – deyə o əlavə edib.
Qeyd edək ki, mətbuatda Rasim Balayevin əsəb pozğunluğu keçirməsi ilə bağlı məlumatlar yayılmışdı.
Tarix: 16 Yanvar 2026, 19:28