AZ

Professor: "Dəmiryolu ilə daşımalar iqtisadi cəhətdən çox faydalıdır" » AzadMedia.az

Professor:

Xəbər verdiyimiz kimi, yanvarın 15-də Azərbaycan və Ermənistan nümayəndələri tərəfindən Sədərək-Yerasx dəmir yolu sahəsinin cari vəziyyətinə birgə baxış keçirilib.
Bu baxışın məqsədi müvafiq infrastrukturun bərpası tədbirlərinin yerinə yetirilməsi məqsədilə xüsusi dəmir yolu tikintisi texnikasının hərəkəti üçün həmin dəmir yolu sahəsinin texniki cəhətdən yararlılığının qiymətləndirilməsi olub.

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov AzadMedia.az-a açıqlamasında mövzunu qısa olaraq şərh edib:

"Əvvəla, 1991- çi ilə qədər bu dəmiryolu xətti fəaliyyət göstərib. Təbii ki, Sovet ittifaqı dağılan ərəfədə Azərbaycan və Ermənistan arasındakı münasibətlərin gərginləşməsi, torpaqlarımızın işğal olunmasi bu dəmiryolunun bağlanmasına gətirib çıxartdi. Ermənistan Azərbaycan arasında bütün yollar bağlandı"

Professorun sözlərinə görə, dəmiryolları ilə daşımalar iqtisadi cəhətdən çox faydalıdır:

"Şimal-cənub istiqamətində Azərbaycan Ermənistan hətta Rusiyadan yüklərin daşınması kommunikasiya baxımından əhəmiyyətlidir. Həm də qısa yoldur. Ümumilikdə yol nə qədər qısa olarsa, daşımalar iqtisadi cəhətdən daha səmərəlidir. Bu gün Ermənistan bu yolların bərpası ilə bağlı aktivlik göstərir. Vaşinqton görüşündən sonra Azərbaycan çox pozitiv addımlar atır. Hesab edirəm ki, bu istiqamətdə yaxın vaxtlarda bir çox işləri müşahidə edəcəyik"

Seçilən
58
1
azadmedia.az

2Mənbələr